Bot.Az

Bot.Az

By Cubics Inc

  • Category: Business
  • Release Date: 2018-11-24
  • Current Version: 1.2.0
  • Adult Rating: 4+
  • File Size: 44.90 MB
  • Developer: Cubics Inc
  • Compatibility: Requires iOS 10.0 or later.

Description

Çat düyməsini sayta quraşdırın, müştərilərinizin suallarına real-vaxt rejimində cavablandıraraq onları müştəriyə çevirin. * CANLI ÜNSİYYƏT Müştəri dəstəyini tezləşdirərək satışı artırın. Real-vaxt rejimində ziyarətçilərinizin suallarını cavablandıraraq onları müştəriyə çevirin. * OFLAYN REJİM Həmişə onlayn olmağa ehtiyac yoxdur. Ziyarətçiləriniz sizə hətta oflayn olduğunuz zaman ismarıc göndərə biləcəklər. Siz isə bu haqda E-mail, Push və SMS bildiriş alacaqsınız. * QRUP ŞƏKLİNDƏ ÜNSİYYƏT Müştərilərinizə birgə kömək edin. Siz çatı digər əməkdaşa yönəldə, qrup çata qoşula və ya digər yazışmaları real-vaxt rejimində izləyə bilərsiniz. * HAZIR CAVAB OLUN Ziyarətçi sualını yazdıqca, bundan xəbərdar olun. Müştəriləriniz sual göndərməmişdən siz ona nə yazacağınızı biləcəksiniz. * ZİYARƏTÇİNİN NƏ YAZDIĞINI GÖRÜN Ziyarətçinin ismarıcını “Göndər” düyməsini sıxmadan öncə görərək onun sualına daha tez cavab verəcəksiniz. * ZİYARƏTÇİLƏRİNİZİ İZLƏYİN Bot sizə birbaşa yazışma bölməsində ziyarətçinin nə vaxt onlayn olması və hazırda hansı səhifədə olması haqda məlumat verəcək. * BOT ƏMƏLİYYATLARI Ünsiyyəti avtomatlaşdırmaq üçün Bot.Az-ı ayarlayın. Triggerlər müəyyən şərtlərdə çalışırlar və zəruri hallarda ziyarətçilərinizə kömək edirlər. * FƏRDİ BİLDİRİŞ AYARLARI Yalnız ismarıc gözlədiyiniz ziyarətçilər üçün bildirişləri ayarlayın. Fərdi bildiriş ayarları əsas bildiriş ayarlarından asılı deyil. * API VƏ SƏNƏDLƏŞMƏ Sənədləşdirilmiş REST API vasitəsilə HTTP sorğularla ziyarətçi və ismarıclar haqqında məlumat əldə edin, həmçinin ismarıc göndərin.

Screenshots

keyboard_arrow_up